İran OPEK-ə qarşı: hasilat 4 mln. barel olacaq

İran OPEK-ə qarşı: hasilat 4 mln. barel olacaq
01:19 5 Fevral 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin martın 20-dək İran neft hasilatının həcmini sutkada 4 mln. barelədək artıracaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran Milli Neft Şirkətinin rəhbəri Əli Kardor bildirib. OPEK-lə razılaşmaya əsasən, İranın sutkalıq hasilat həcmi 3,79 mln. bareli keçməməlidir.

 

Əli Kardor ölkədən ixrac edilən neftin həcminin  ilin sonunadək 3 mln. barelə çatacağına əmin olduğunu bildirib. Onun sözlərinə görə, ötən ilin dekabrında İran Avropaya rekord həcmdə - sutkada 900 min barel neft tədarük edib.

 

Qeyd edək ki, 2016-cı ilin noyabrında Vyanada OPEK ölkələri ümumi hasilatın  sutkalıq həcmini  32,5 mln. barel səviyyəsinə endirməyi qərara alıblar.

 

Barəsindəki sanksiyaların yeni ləğv edildiyinə görə, İran istisna olunmuşdur.  OPEK İrana hasilat həcmini sutkada 90 min barel (ümumilikdə 3,797 mln. barel səviyyəsinədək) artırmağa icazə vermişdi. Nigeriya və Liviyanın da neft hasilatını azaltmamasına icazə verilmişdi.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR