Nyu-Cersidə iki yeniyetmə güllələnib

Nyu-Cersidə iki yeniyetmə güllələnib
06:52 5 Fevral 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ polisi Nyu-Cersi ştatının Paterson şəhərindəki atılmış evlərdən birində baş vermiş silahlı insidenti araşdırır.
"Report" xəbər verir ki, bu barədə yerli KİV yazıb.
İlkin məlumatlara görə, naməlum şəxslər 14 və 17 yaşlı iki yeniyetməni güllələyiblər. Qeyd olunur ki, onlardan biri aldığı güllə yaralarından hadisə yerində keçinib.
Ştat polisi araşdırma aparır və cinayəti törətməkdə şübhəli bilinən şəxsləri axtarır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nyu-cerside-iki-yeniyetme-gullelenib-olen-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR