"Report" xəbər verir ki, bu barədə "Qətiyyətli dəstək" əməliyyatının rəsmi "Twitter" səhifəsində bildirilib.
"Azərbaycan təqribən 15 ildir Əfqanıstandakı missiyasıda iştirak edir və bu ölkənin təxminən 100 hərbçisi missiyaya töhfə verir", - məlumatda deyilir.
Qeyd edək ki, "Qətiyyətli dəstək" əməliyyatı (Resolute Support Mission) NATO-nun Əfqanıstanın hökumət qüvvələrinə təlimlər keçirlməsi və yardım göstərilməsi üzrə qeyri-döyüş missiyasıdır və onun icrasına 2015-ci il yanvarın 1-dən başlanılıb. Missiya Əfqanıstanda 2001-ci ildən fəaliyyət göstərən və 2014-cü il dekabrın 28-də başa çatan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) əməliyyatını əvəz edib.