Orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-rinq” intellektual oyunu keçirilib

Orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-rinq” intellektual oyunu keçirilib
20:18 16 Mart 2015
43 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Novruz bayramı münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında paytaxt üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-rinq” intellektual oyunu təşkil edib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası, gənclərin asudə vaxtının səmərəli təşkili, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, Vətənimizin tarixinin dərindən öyrənilməsindən ibarətdir.
Tədbirdə Baş İdarənin rəis müavini Aydın Yusifov iştirakçılara uğurlar arzulayıb.
On altı komandanın iştirak etdiyi yarışın yekununda birinci Səbail rayonu 6 nömrəli məktəb-liseyinin, ikinci yerə Xəzər rayonunun, üçüncü pilləyə isə Sabunçu rayonunun komandaları layiq görülüb.
Qaliblərə Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Orta_umumtehsil_muessiselerinin_sagirdleri_arasinda_Breyn_rinq_intellektual_oyunu_kechirilib-839788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR