"Qartal" "Qoca Sinyora"da?

"Qartal" "Qoca Sinyora"da?
12:12 17 Mart 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

“Beşiktaş”ın yarımmüdafiəçisi Gökhan Töre gələn mövsümdən, çox güman, karyerasını “böyük beşlik” ölkələrinin birində keçirəcək. Apasport.az saytı xəbər verir ki, Türkiyə millisinin üzvü İngiltərə, İspaniya və İtaliya nəhənglərinin maraq dairəsindədir.
  
Bu barədə açıqlama verən Gökhanın meneceri Saffet Balkan onun yayda “Beşiktaş”ı tərk edəcəyinə işarə vurub. O, futbolçunun artıq Avropanın böyük klublarında oynama zamanının gəldiyini deyib və iki komandanın adını xüsusi vurğulayıb. Menecerin sözlərinə görə, “Yuventus” və “Milan” bu transferin baş tutması üçün “Beşiktaş”ın tələb etdiyi məbləği ödəməyə razılıq veriblər.
 
Qeyd edək ki, Türkiyə klubu bu mövsüm Avropa Liqasında əla çıxışla diqqət çəkən Gökhan Törenin transfer qiymətinin 28 milyon avro olduğunu açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/330067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR