Bu il Azərbaycanda 435 dopinq-test götürüləcək

Bu il Azərbaycanda 435 dopinq-test götürüləcək
15:22 23 Fevral 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Yeni yaradılan Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli bu gün Milli Olimpiya Komitəsində mətbuat konfransı keçirib.
"Report"un məlumatına görə, tədbirdə Ş.Hüseynli Ümumdünya Antidopinq Agentliyinin fevralın 17-də Azərbaycanı antidopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxardıqdan sonra jurnalistlərlə görüşə qərar verdiklərini bildirib.
O, iki ay yarım ərzində antidopinq kodeksinin hazırlandığını açıqlayıb. Ş.Hüseynli Azərbaycanın antidopinq sarıdan nümunəvi ölkələr siyahısına daxil olacağını söyləyib: "Bunun üçün hər cür şərait var. Fəaliyyətimizi idmançıları dopinq testindən keçirmək, onları və məşqçiləri təlimatlandırmaq, nəticələrin emalı, beynəlxalq əlaqələrin qurulması kimi istiqamətlərdə quracağıq. Əsas məsələ idmançını yarış zamanı və ya başqa yerlərdə dopinq-testindən keçirmək deyil, idmanın saflığını, idmançılarımızın hüquqlarını qorumaqdır".
Ş.Hüseynlinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanda 435 dopinq testin keçirilməsi nəzərdə tutulub. O, IV İslam Həmrəyliyi Oyunlarında 18 nümayəndənin iştirak edəcəyini bildirib. İcraçı direktor bu yaxınlarda İNADA adlı beynəlxalq quruma 64-cü ölkə kimi üzv olduqlarını da vurğulayıb.
2016-cı il dekabrın 29-da imzalanmış sərəncam əsasında fəaliyyətə başladıqlarını bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/bu-il-azerbaycanda-435-dopinq-test-goturulecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR