800 nəfər dərmandan zəhərlənib

800 nəfər dərmandan zəhərlənib
17:58 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

2016-cı il Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə stasionar şöbəsinə 2200 xəstə qəbul olunub.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, bunlardan 800 nəfər - dərman, 500 nəfər - dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə ilə əlaqədar olaraq kəskin ağır, ağır və orta ağır dərəcədə şöbəyə daxil olublar. 90 xəstə ilan sancması, 250 nəfər isə kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib.

Allergik reaksiyalarla daxil olmada ötən illərlə müqayisədə 2,5-3 dəfə azalma müşayiət olunub. 2016-cı ildə KTM-in Toksikologiya şöbəsinə ambulator qaydada 3000-dən çox xəstənin müraciət etdiyi, hər birinə vaxtında zəruri müayinə və operativ müalicə tədbirlərinin tətbiq edildiyi bildirildi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/189041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı