Avstriyanın səhiyyə və qadın məsələləri üzrə naziri Krisine Oberhauzer 53 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, 2015-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkməsini ictimaiyyətə açıqlayan K. Oberhauzer əməliyyat və müalicəyə baxmayaraq, öz postunu tərk etməmişdi. İxtisasca pediatr olan nazir 2014-cü ildən koalisiyalı hökumət tərkibində səhiyyə və qadın məsələləri sahələrinə rəhbərlik edirdi.
2018-ci ilin mayından etibarən qastronomiya obyektlərində tütün məhsullarından istifadənin qadağan edilməsi K. Oberhauzerin nazirlik dövründə əldə etdiyi ən böyük uğur kimi qiymətləndirilir.