Türkiyə NATO-dan Egey dənizindən geri çəkilməyi tələb edib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müdafiə naziri Fikri İşık Brüsseldə qatıldığı toplantıda NATO-nun Egey dənizindən çəkilməli olduğunu söyləyib.
NATO-nun hərbi missiyası Egey dənizinə 2016-cı ilin fevralında qeyri-qanuni miqrant axınlarına qarşı mübarizə aparmaq üçün göndərilib. Lakin missiya qarşıya qoyulan vəzifəni lazımı şəkildə yerinə yetirməyib. Həmin vaxtdan Egeydən qeyri-qanuni yollarla miqrant axınların 90 faizinin qarşısını Türkiyə Sahil Təhlükəsizlik Xidməti alıb. Bu göstərici Yunanıstanda 7, NATO-da isə yalnız 3 faizdir.
Türkiyə NATO gücünün Egey dənizindən geri çəkilməsini 2016-cı ilin son aylarında da gündəmə gətirib. Türkiyənin israrlarına baxmayaraq, NATO, xüsusilə İngiltərə və Almaniya Ankaranın tələbinə müsbət yanaşmır.
Ömər