"Nissa"nın hücumçusu Mario Balotelli iki oyunluq cəzalanıb. Fanat.Az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.
Buna səbəb italiyalı futbolçunun çempionat oyununda hakimi təhqir etməsi olub. Hadisə 18 fevralda "Loryan" ilə oyunda (1:0) baş verib.
Bu mövsüm ərzində 26 yaşlı hücumçunun 3-cü cəzasıdı.
Xəbərə görə, Fransa Futbol Federasiyası cəzanı 1 oyuna endirə bilər.
Fanat.Az