Gənclər və İdman Nazirliyində Dünya Kubokundan qayıdan Azərbaycan güləşçiləri ilə görüş keçirib

Gənclər və İdman Nazirliyində Dünya Kubokundan qayıdan Azərbaycan güləşçiləri ilə görüş keçirib
14:37 24 Fevral 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyində İranın Kirmanşah şəhərində təşkil olunmuş Dünya Kubokunda 3-cü yeri tutan sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.
"Report"un məlumatına görə, görüşdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, yığmanın baş məşqçisi Firdovsi Umudov və güləşçilər iştirak ediblər.
F.Mansurov bildirib ki, Azərbaycan güləşçiləri hər zaman qatıldıqları yarışlarda uğurlu çıxış edir, üzümüzü güldürürlər. Komanda üzvlərini təbrik edən nazirlik rəsmisi gələcək yarışlarda güləşçilərə uğurlsr arzulayıb: "Komandamızın İranda 3-cü yeri tutması böyük uğurdur. Heyət gənclərdən təşkil olunub. Bu isə göstərir ki, rəqabət var. Rəqabət olan yerdə uğur olacaq. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında əldə olunan medallardan 9-u güləşçilərimizin payına düşmüşdü".
Olimpiya çempionu N.Abdullayev də yığma üzvlərini təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.
F.Umudov tədbrinin təşkili üçün Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib: "Bu cür tədbir təşkil etdiyiniz üçün sizə, Gənclər və İdman naziri cənab Azad Rəhimova minnətdaram. Uğurlarımız idmana göstərilən dövlət qayğısının nəticəsidir. Cənab prezident İlham Əliyev 2017-ci İslam Həmrəyliyi ili elan edib. Biz də əlimizdən gələni edəcəyik ki, İslamidada uğur qazanaq".
Yarışda gənc güləşçilərə üstünlük verdiklərini söyləyən baş məşqçi onların özlərini doğrultduğunu vurğulayıb: "Ümid edirdik ki, finala vəsiqə qazanacağıq. İlk görüşdə Rusiyanı, daha sonra Gürcüstanı məğlub etdik. Bundan sonra ABŞ-la qarşılaşmada hakimlər tərəfindən bizə qarşı qərəzli qərarlar oldu".
Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda 3-cü yeri tutub. Firdovsi Umudovun baş məşqçi olduğu komanda bürünc medal qarşılaşmasında Türkiyə yığmasını böyük hesabla yenib - 6:1. Azərbaycan millisi ilk görüşündə Rusiyaya xal hesabı ilə 32:29, Gürcüstana 5:3 hesabı ilə qalib gəlsə də, ABŞ-a texniki xallara görə uduzub - 14:20.











Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/gencler-ve-i-dman-nazirliyinde-dunya-kubokundan-qayidan-azerbaycan-gulescileri-ile-gorus-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı