Sehri Rəhimova görünüşündə yenidən dəyişiklik edib.
Milli.Az live.az-a istinadən xəbər verir ki, müğənni sosial şəbəkələrdə yeni fotolarını paylaşıb və görünən odur ki, ifaçı və modelyer yeni görünüş alıb.
Belə ki, Sehri saçlarını qısa qırxdırıb və oğlan sayağı saç düzümü etdirib.
Saçları ilə eksperiment etməyi xoşlayan Rəhimova lazım gəldiyində qaynaqdan istifadə edib saçlarını uzun edir.
Xatırladaq ki, keçən il ifaçı saç düzümünü dəyişib, özünü məşhur ulduz Rihannaya bənzətmişdi.
Milli.Az