Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada Türkiyənin "Beşiktaş" klubu Yunanıstan "Olimpiakos"uyla qarşılaşacaq. "Olimpiakos" 1/16 finalda Türkiyənin digər təmsilçisi "Osmanlıspor"u mübarizədən kənarlaşdırmışdı.
1/8 final mərhələsinin digər maraqlı oyunu isə "Roma" və "Lion" arasında keçiriləcək.
Avropa Liqasının favoritlərindən olan "Mançester Yunayted" isə Rusiya təmsilçisi "Rostov"la qarşılaşacaq.
1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab qarşılaşmaları 16-da baş tutacaq.
Avropa Liqası, 1/8 final
Selta (İspaniya) - Krasnodar (Rusiya)
APOEL (Kipr) - Anderlext (Belçika)
Şalke (Almaniya) - Borussiya M (Almaniya)
Lion (Fransa) - Roma (İtaliya)
Rostov (Rusiya) - Mançester Yunayted (İngiltərə)
Olimpiakos (Yunanıstan) - Beşiktaş (Türkiyə)
Gent (Belçika) - Genk (Belçika)
Kopenhagen (Danimarka) - Ayaks (Hollandiya)