Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının baş məşqçisi Aleksandr Çervyakov hazırda İsrail çempionu olan Hayfanın "Makkabi" klubuna rəhbərlik edəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin voleybol liqasının mətbuat xidməti məlumat yayıb. 59 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Çervyakov karyerasında ilk dəfə olaraq Azərbaycandan kənarda fəaliyyət göstərəcək. O bundan əvvəl iki Bakı klubuna - "Azərreyl" və "Azəryol"a, 2013-cü ildə isə Azərbaycan yığmasına rəhbərlik edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində