Müğənni Samir Bağırov Rusiyanın birinci kanalında yayımlanan "Пусть говорят" qonağı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, verilişin əsas qəhrəmanı 90-cı illərin məşhur müğənnisi Marina Xlebnikova olub.

Sənətçinin yaradıcılığından söhbət açılıb, onun uzun müddət dostluq etdiyi məşhur sənətçilər verilişə dəvət olunub.

Azərbaycanlı ifaçı da Xlebnikova üçün verilişə qatılıb, ona sürpriz edib.

Aparıcı Andrey Maloxov Bağırovu səhnəyə dəvət edib. O, Bakıdan həmkarına paxlava, konyak, konfet və azərbaycanlı dizaynerə məxsus hədiyyə gətirib.

Marina "Ялта-Транзит 1991" festivalındakı xatirələrini bölüşüb:

"Festivaldan sonra dostluq etməyə başlamışıq. Biz dost olmaqdan başqa, eyni yeri də bölüşmüşdük. İkimiz də ikinci olmuşduq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində