Boliviyada baş verən yol qəzasında eyni ailəyə mənsub olduğu bildirilən 17 nəfər ilə birgə mikroavtobus sürücüsünün həyatını itirdiyi bildirilir.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Boliviya Milli Polis Təşkilatı paytaxt La-Pas yaxınlığında bir sürücünün dağlıq ərazidə idarəetməni itirməsindən sonra mikroavtobusun 350 metr dərinliyində olan dərəyə aşdığını qeyd edib.

Sürücünün sərxoş olduğu iddia edilir.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində