Zimbabvedə uşaqların döyülməsi qadağan edilib.
Metbuat.az "Daily Mail"ə istinadən bildirir ki, Zimbabve Ali Məhkəməsi bu barədə qərar qəbul edib. Lunaks Pfunqva adlı qadının, azyaşlı övladının döyülməsinə etiraz etməsi məhkəmənin sözügedən addımı atmasına səbəb olub.
Ölkədə müəllim və valideynlərə uşaqları döymək qadağan olunub.