“Report” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan parlamentinin sədri Qalust Saakyanla görüşdə bildirib.
"Siz Rusiyanın bu məsələyə həm Vyana razılaşmaları, həm də Sankt-Peterburqda əldə olunan razılaşmalar çərçivəsində necə diqqətlə yanaşdığını bilirsiniz" - V. Volodin bildirib.
Onun sözlərinə görə, münaqişənin maksimal həlli və regionda gərginliyin aradan qaldırılması üçün bir çox səylər göstərilib.
"Düşünürəm ki, gərginliyi aradan qaldırmaq üçün yalnız bu yolla getmək lazımdır", - Dövlət Dumasının spikeri əlavə edib.