Livanın populyar müğənnilərindən olan Məryəm Klinkin "Goal" mahnısının videoklipinin ölkə telekanallarında nümayişi yasaqlanıb.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, atası livanlı ərəb, anası serb olan 47 yaşlı M.Klinkin müğənni Cad Xəlifə ilə birlikdə oxuduğu və klipə çəkildiyi "Goal" mahnısını hazırlayan studiya 50 min dollar məbləğində cərimələnib.

Livanın Ədliyyə Nazirliyinin qərarı belədir.

"Goal" mahnısının klipindəki yataq səhnələrini isə nazirlik hiddətlə pisləyib: "Bu, əxlaqsızlıqdır!"

Livanın ədliyyə naziri Elis Çabtinin yasağından sonra ölkənin informasiya naziri Melhem Rayçi də "Goal" klipinin nümayişini və yayılmasını qadağan edib.

2016-cı ildə Məryəm Klink namizəd qismində prezident seçkilərinə qatılacağını demişdi.

Məryəm Klink iki ilə əvvəl uzunqulaq alaraq ona "Feyruz" adını vermişdi. Feyruz Livanın ən məşhur müğənnilərindən biridir və o, təhqir olunduğunu deyərək, M.Klinki məhkəməyə vermişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

47 yaşlı Məryəmin  mahnısı qalmaqal yaratdı: "Bu, əxlaqsızlıqdır!" - VİDEO - FOTO