Sərnişinlər qəzaya uğrayan təyyarədən paraşütlə tullandılar

11:32 7 Yanvar 2015
166 Dünya
Ölkə mətbuatı
A- A+

Yeni Zelandiyada sərnişin təyyarəsi qəzaya uğrayıb
APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, xoşbəxtlikdən, sərnişinlər və ekipaj üzvləri xilas ola biliblər.

Hadisə Şimal adasında yerləşən Taupo gölü rayonunda baş verib. “Skydive Taupo” aviaşirkətinə məxsus təyyarədə 6 sərnişin, 6 ekipaj üzvü və komandir olub. Təyyarə yüksəkliyi itirməyə başladıqda bütün sərnişinlər paraşütlərlə təmin olunublar. Onlar ekipaj üzvləri ilə tandem şəklində təyyarədən tullanıblar. Sonuncu cütlük təyyarə gölə düşməzdən bir neçə saniyə əvvəl hava gəmisini tərk edib.

Sərnişinlər və ekipaj üzvləri tibbi müayinədən keçiriliblər. Onların ciddi zədə almadıqları aşkarlanıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR