Bakı. 8 mart. REPORT.AZ/ Qvatemalada reabilitasiya mərkəzində baş vermiş güclü yanğın zamanı 9 uşaq yanaraq ölüb.
"Report"un məlumatına görə, bu barədə "Prensa Libre" portalı xəbər verib.
Məlumata görə, hadisə ölkə paytaxtının yaxınlığında, ailə zorakılıqları ilə üzləşmiş uşaqların olduğu mərkəzdə baş verib. Yerli yanğınsöndürənlərin verdiyi xəbərə görə, hələlik 9 uşağın cəsədi aşkarlanıb. Hadisə zamanı həmçinin daha 20 uşaq və digər şəxslər yanıq xəsarətləri alıblar.
Təsdiqlənməmiş digər məlumata görə, həlak olanların sayı 17, yaralıların sayı 30 nəfərdir.