Qvatemalanın paytaxtında ailə zorakılığı qurbanları üçün reabilitasiya mərkəzində güclü yanğın baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 9 uşaq ölüb.
Daha 20 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Təsdiqlənməmiş məlumatlara görə, yanğın zamanı 17 nəfər ölüb, 30 nəfər yaralanıb. Faciənin səbəbləri hələ ki, açıqlanmır.
Milli.Az