Sağlamlıq mütəxəssisi Emma Kannon kişilərdə sonsuzluğa səbəb olan davranışları qeyd edib.

Metbuat.az onları sizə təqdim edir:

Ekoloji toksinlər:

Kişilərdə sonsuzluğa səbəb olan

Çexiyada aparılan araşdırmada hava çirkliliyi nisbətən yüksək olan bölgələrdə yaşayan kişilərin hormonlarının daha çox zərər gördüyü aydın olub. Ekoloji toksinlərdən uzaqlaşmaq istəyirsinizsə, evinizdəki toksik məhsullardan xilas olmağa çalışın. Yumşaq plastiklərin yerinə təbii maddələr istifadə edin.

İstiliyin çox olması:

Kişilərdə sonsuzluğa səbəb olan

Araşdırmalara görə, istilik spermanın keyfiyyətinə mənfi təsir edir. Kompüteri qucağınızda tutmaq, həddindən artıq məşqlə bədəni qızdırmaq, sauna və soba, cakkuzi, avtomobil oturacağı kimi xarici istilik qaynaqları spermanın keyfiyyətini aşağı salır.

Yalnız uşaq olması üçün cinsi əlaqəyə girmək:

Kişilərdə sonsuzluğa səbəb olan

Araşdırmalar zamanı uşaq üçün cinsi əlaqəyə girməyin əks təsir yarada biləcəyi məlum olub. Hamilə qalmaq üçün mayalanma dövrünü seçmək, davamlı olaraq cinsi əlaqəyə girmək lazımdır.

Çox steroid istifadəsi:

Kişilərdə sonsuzluğa səbəb olan

İdmanda performansınızı artırmaq üçün istifadə etdiyiniz steroid maddələr orqanizminizi testosteron çıxarmaq məcburiyyətində olmadığına inandırır. Bu vəziyyətdə bədəniniz daha az testosteron istehsal edir.

Spirtli içkilər:

Kişilərdə sonsuzluğa səbəb olan

Həddindən artıq spirtli içki qəbulu kişilik toxumalarına mənfi təsir edir.

Adil Soltan / Metbuat.az