"Report"un Banka istinadən verdiyi xəbərə görə, martın 20-dək davam edəcək kampaniya çərçivəsində "Bolkart" sahibləri bayram alış-verişlərini edib, xərcini 1 ay sonra deyil, 2 ay sonra ödəmək imkanı əldə edirlər: "Yəni, martda alıb, xərcini apreldə deyil, mayda ödəyəcəklər".
Kampaniya "Bolkart" partnyor şəbəkəsinə daxil olan bütün market və supermarketlərdə keçərlidir. Onların siyahısı ilə https://goo.gl/DWNrdJ linkindən tanış olmaq mümkündür.
Qeyd edək ki, Novruz kampaniyasından bütün növ "Bolkart" kredit kartlarının sahibləri faydalana bilər.