Milli.Az axşam.az-a istinadən xəbər verir ki, “5/5” verilişinin qonağı olan müğənni onun müalicəsinin xərcini çəkən, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova təşəkkür edib.Əməkdar artist Baloğlan Əşrəfov qaraciyər əməliyyatından danışıb
"7-8 il bundan əvvəl dünyamı dəyişə bilərdim. Mənim üçün fərqi yox idi, yaxşı yaşamışdım, Allah çörəyimi verib, bundan sonra da verəcək. Ola bilsin ki, mən elə səhnədə - mikrofon arxasında həyatla vidalaşacam. İndi oğlanlarım da yaxşı yaşayırlar. Əgər xəstə vaxtımda 1 milyonum olsaydı, hamısını əməliyyata xərcləyəcəkdim. Allah Mübarizin canını sağ eləsin, mənim həyatımı yenidən satın aldı. Mənim vermədiyim pulu o xərclədi".
Aparıcının “Xəstə olanda evinizdə nə qədər pul var idi?” sualına ifaçının oğlanları: “30 min”, - deyə cavab veriblər.
B.Əşrəfov daha sonra bunları əlavə edib:
“Qayıdandan sonra kəndimdə gözəl ev yaratdım, şəhərdə mənzil aldım. Balalarımı evləndirdim. Pullarım elə bunlara xərcləndi”.
Qeyd edək ki, Baloğlan Əşrəfov 2007-ci ildə qaraciyər sirrozu diaqnozu ilə Türkiyədə “İstanbul Memorial Xəstəxanası”nda əməliyyat olunub.
Milli.Az