Hazırda Rusiya və Ukrayna, dolayısı ilə Rusiya-Qərb
arasında problemə çevrilən Krım münaqişəsinin tarixi ilə bağlı
maraqlı faktlar ortaya çıxıb.
Publika.az xəbər verir ki, Krımda yəhudi dövlətinin
yaradılması planı olub.
Sirlər açılır
Rusiya 2014-cü ildə Krımı ilhaq etdi. Moskva elan etdi ki, bura rus
torpaqlarıdır, Xruşşov 1954-cü ildə yarımadanı Ukraynaya
birləşdirib. Buna səbəb isə SSRİ-nin rəhbəri olmuş Xruşşovun
Ukrayna mənşəli olmasıdır. Bununla yanaşı, Krımın Stalinin
ölümündən bir il sonra Ukraynaya verilməsi haqda müxtəlif
versiyalar səslənir.
50 milyona görə SSRİ-dən qoparılan “Yeni Kaliforniya”: Xruşşovun Krım qərarının ŞOK SƏBƏBİ - VİDEO
ABŞ əlində mövcud olun sənədlərə görə, Krım ərazisinə tamamilə iddia edə bilər.
Bir neçə il öncə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərinin
açılması üzrə dövlət komissiyasına rəhbərlik edən Mixail
Poltoraninin Rusiya televiziyasında “Həqiqət anı” verilişində
dedikləri isə olduqca maraqlıdır.
Mixail Poltoranin deyir ki, Krımda yəhudi dövlətinin yaradılması
planı olub.
Okeanın o tayından gələn
ideya
SSRİ yenicə qurulanda Simferopolda yaşayan yəhudi inqilabçı Mixail
Lure (Yuri Larin adı ilə məşhurlaşıb – red.) Krımda yəhudi
dövlətinin yaradılması ideyası ilə çıxış edirdi. Bu ideyanı ona
“Coint” təşkilatından (American Jewish Joint Distribution
Committee) Rozenberq verib.
1922-ci ildə “Aqro-Coint” təşkilatı yarandı və yəhudilərin Krıma
köçürülməsi başlandı. Burada 186 yəhudi kolxozu yaratdılar.
Gələnlər əsasən Belarus, Ukrayna və Bolqarıstan yəhudiləri idi.
1923-cü ildə təşkilat Moskvada sərgi təşkil etdi və kənd
təsərrüfatı texnikası, eləcə də digər ləvazimatlar nümayiş olundu.
Hansı yəhudi Krıma köçsəydi, ona məskən salmağa kömək ediləcəkdi.
Lenin həmin vaxt artıq xəstə idi, buna baxmayaraq, o sərgiyə getdi
və bu işi təriflədi.
Amerika tatar torpağını pulla aldı
Sovet hökuməti 10 il ərzində “Aqro-Coint”dən gəlirin 5 faizini
alırdı. Daha sonra SSRİ-də 900 min dollarlıq istiqraz vərəqələri –
veksellər buraxıldı. Krım torpaqlarını paylara böldülər. Başlanğıc
üçün Krım torpaqlarının aksiyalarını 200 insan aldı. Onlar arasında
ABŞ-ın gələcək prezidenti Edvard Quver, Eleonora Ruzvelt (ABŞ
prezidenti Ruzveltin arvadı – red.), Luis Marşall (Amerika
hüquqşünası və ictimai xadim, XX əsrin ilk üç onilliyində ABŞ-ın ən
böyük yəhudi liderlərindən biri, Nyu-Yorkun yəhudi elitasının
təmsilçisi) də var idi. Sonra bir çox biznesmenlər, siyasətçilər,
bankirlər Krım ərazinin səhmlərini almağa başladı. Yarımadanın
təxminən bir neçə milyon hektar ərazisi var idi. SSRİ hökuməti
əslində Krım vekselləri adı altında kredit götürürdü. Bu kreditlər
1954-cü ildə ödənməli idi, əks təqdirdə borcun qarşılığı olaraq,
Krım amerikalılara veriləcəkdi.
Türk torpaqlarında yəhudi dövləti və tatar
üsyanı
Stalin 1934-cü ildə Birobicanı (Birobican Rusiyada Yəhudi Muxtar
Vilayətinin daxil olan şəhəridir – red.) yaratmaqla bu məsələni
pozdu. Çünki Krımda tatarlar etiraza qalxdılar və yəhudiləri
gətirən qatarları yarımadaya buraxmadılar. Tatarlar həmçinin,
yəhudi qəsəbələrini dağıtmağa başladılar. Stalin bildirdi ki, “biz
milli alovu yandıra bilmərik”. İstiqrazlar amerikalılarda qaldı,
kredit öhdəliyi isə davam edirdi.
1943-cü ildə Stalin Broz Titoya (II Dünya müharibəsinin sonundan
vəfatına qədər Yuqoslaviyanın lideri olub – red.) şikayət edirdi
ki, Amerika SSRİ-yə lendliz proqramına (ABŞ-ın II Dünya
müharibəsində öz müttəfiqlərinə yardım proqramı) uyğun olaraq döyüş
sursatları, hərbi texnika, ərzaq, strateji məhsullar göndərə
bilmir. Amerikalılar onu bu proqramı dondurmaqla hədələyirlər.
Çünki Amerikada yəhudi lobbisi çox güclüdür və Stalindən “Krım
Kaliforniyası” layihəsini davam etdirməyi tələb edir.
“Amerikalılar mənə deyirlər ki, Krım məsələsinə görə biz ikinci
cəbhəni aça bilmirik”, - deyə Stalin Titoya deyirdi.
Həmin vaxt Stalin Krım tatarlarının deportasiyasını hazırlamağa
başladı. Hansı ki, Krım tarix boyu türk torpaqları olub, oradakı
tatarlar da bu ərazilərin sahibi idi. Lakin Krım Amerikanın maliyyə
oliqarxlarına lazım olduğu üçün tatar türkləri öz torpaqlarından
deportasiya olunmalı idi. Çünki tatarlar öz torpaqlarında yəhudi
dövlətinin yaradılmasını istəmirdilər.
“Stalinə deyin ki...” – Məxfi məktub
Mixail Poltoranin danışır ki, onun əlində xüsusi məxfi qrifli
məktub var. Hansı ki, 1945-ci ildə ABŞ-ın ticarət naziri Harriman
Stalinlə görüşməli və Krım məsələsini həll etməli idi.
“Prezident Trumen sizin planlarınızı bəyənir. Lakin o, əlavə edir
ki, SSRİ-nin Qara dəniz donanmasının bazasının Krımın ərazisində
olması ilə yəhudi respublikasının mövcudluğu bir-birinə uyğun
gəlmir. Krım silahsızlaşdırılmış zona olmalıdır. Stalinə xəbər
verin ki, o, Sevastopoldan donanmanı çıxarmağa hazır olmalıdır”, -
deyə Harrimanın məxfi məktubunda deyilir.
Poltoranin davam edir: “Yəni Krımı sovet respublikası
adlandırmırdılar. Krım müstəqil yəhudi dövlətidir və bu dövlətə
təkcə bura daxil deyildi. Krımdan Abxaziya ilə sərhədə qədər, Soçi
və Odessa da daxil olmaqla yəhudi dövləti olmalı idi. Yəni İsrail
Fələstində yox, Krımda yaradılmalı idi”.
“Biz kömək etdik, hər şey sona çatdı”
Stalin bu planla razılaşmır və mübahisə etməyə başlayır. O
bildirirdi ki, 1897-ci ildə Bazel konqresində evsiz yəhudilərin
Fələstində öz dövlətini yaratması haqda qərar qəbul edilib.
İsrailin Fələstində yaradılmasına qarşı ingilislər çıxırdı. Çünki
müharibə zamanı onlar Fələstini tutmuşdular və bura Britaniya
mandatına daxil idi. Stalin isə 1946-cı ildə yəhudilərin ərəblər və
ingilislərə qarşı döyüşməsi üçün Bolqarıstan vasitəsilə təchiz
edilməsinə imkan yaratdı. Hansı ki, yəhudilərə minlərlə avtomat,
pulemyotlar verilirdi.
Stalin sevinirdi: “Biz kömək etdik, İsrail Fələstində yaradılacaq,
hər şey sona çatdı”.
Stalinin Xruşşova ev tapşırığı və “Ağ kəklik”
əməliyyatı
1953-cü ildə Xruşşov Krımı Ukraynaya verdi. Bu qərar əslində
Stainin ev tapşırığı idi. Çünki bütün veksellər Rusiya hökuməti
tərəfindən imzalanmışdı və İsrailin Fələstində yaradılmasına
baxmayaraq, “Krım Kaliforniyası” ideyası qalırdı.
İsrailin SSRİ-də ilk səfiri olan Qolda Meir Moskvaya Krımı almaq
üçün gəlmişdi. Lakin buna qarşı 50 min insanın iştirakı ilə mitinq
keçirildi. Bu mitinqlər nəticəsində Krımın Ukraynaya verilməsi
həyata keçirildi.
“Bu “Ağ kəklik” əməliyyatı idi. Bolşeviklər heç vaxt borc
qarşılığında Krımı verməyə razılaşmazdılar. Qara dəniz – bura
strategiyadır”, - deyə Poltoranin deyir.
Asif
Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/191439.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)