x
Loading...

FTX-nin əməkdaşları 500 milyon hesabı qırıb - İTTİHAM

FTX-nin əməkdaşları 500 milyon hesabı qırıb - İTTİHAM
19:28 15 Mart 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Ədliyyə Nazirliyi bu gün “Yahoo” internet portalına kiberhücuma görə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iki əməkdaşına ittiham irəli sürəcək.

Publika.az xəbər verir ki, bu haqda “The Washington Post” nəşri bildirib.

Nəşr yazır ki, FTX-nin əməkdaşları Dmitri Dokuçayev və onun müdiri İqor Şusinin “Yahoo”da 500 milyon hesabın qırmasından söhbət gedir. Araşdırma sənədlərinə əsasən, onlar hücum üçün iki hakeri - Aleksey Belan və Qazaxıstan sakini, amma Kanada vətəndaşlığına sahib olan Kirma Baratovu işə götürüblər.

Baratov Kanadada həbs edilib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR