"Üzük falım düz çıxdı" - Könül Kərimova

"Üzük falım düz çıxdı" - Könül Kərimova
21:05 15 Mart 2017
346 Şou
Ölkə mətbuatı
A- A+

"İndi bina evləri olduğu üçün qulaq falına çıxmaq olmur. Amma qız vaxtlarımda həyət evində yaşayırdım, qulaq falına çıxırdım. Hətta bir dəfə düz də çıxdı".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Könül Kərimova "Hər şey daxil" verilişində deyib. 

Novruz bayramı ilə bağlı xatirələrini bölüşən ifaçı fallar etdiyini deyib:

"Universitetə girməyimi niyyət tutub qonşuya getdim. İlk eşitdiyim söz bu oldu: "gəl, gəl görək da". O qədər narahat oldum ki... Getdim qəbul oldum, amma  dörd tələbə lazım idi. Biz beş tələbə idik. Mən Bakıda, onlar rayonda yaşayırdılar. Məni hazırlıq fakültəsinə saldılar. Bir il yenə də həyəcan yaşadım. Onda həmin eşitdiyim sözün mənasını başa düşdüm. Üzük falına baxmışam, o da düz alınıb".

K.Kərimova qızının toyuna az qaldığını deyib:

"Bayram şirniyyatlarını evdə hazırlayıram. Evdə köməkçi olsa da, mətbəx işlərini özüm edirəm. Bu il qızıma bayram payı gələcək, evimizdə şənlik olacaq. Allah bütün ocağa toy qismət etsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/526507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR