x
Loading...

​Bayram günlərində kredit ödənilməsə...

Novruz bayramında ölkədə 9 günlük qeyri-iş günü olacaq. Maraqlıdır, banklara krediti olan şəxslər borclarını necə ödəyəcək? Buna görə borcun üzərinə faiz gələcəkmi?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Samir Əliyev bildirdi ki, Novruz bayramında 9 qeyri-iş gününün olması ilə əlaqədar, kredit borcları bayramdan sonrakı ilk iş günü ödəniləcək:

“Kreditlər qrafikə uyğun ödənilir. Müqavilədə kreditin ödənilmə vaxtı göstərilir. Kredit götürülən tarixdən hesablanır və bir aydan bir ödənilir. Ödəniş tarixi qeyri-iş gününə düşərsə, ödəniş növbəti iş günü ödənilməlidir. Biri var daimi qeyri-iş günü, biri də var gəzən qeyri-iş günü. Daimi qeyri-iş günü şənbə, bazar, yeni il və Novruz bayramı hesab olunur. Qurban, Ramazan bayramı isə gəzən qeyri-iş gününə aiddir. Bunu öncədən bilmək olmur. Müqavilədə də qeyd olunur, ödəmə vaxtı qeyri-iş gününə təsadüf olunarsa, növbəti ilk iş günü kredit borcu ödənilir. Novruz bayramında 9 qeyri-iş gününün olması ilə əlaqədar, kredit borcları bayramdan sonrakı ilk iş günü ödəniləcək”.

İqtisadçı əlavə etdi ki, qeyri-iş gününə görə, kredit borclarının üzərinə heç bir faiz gəlmir.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR