İbadət vaxtı məscidi bombaladılar: 58 ölü, onlarla yaralı

İbadət vaxtı məscidi bombaladılar: 58 ölü, onlarla yaralı
01:13 17 Mart 2017
474 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Hələb şəhərinin qərbindəki Etarib mahalının Cina kəndindəki məscidə namaz vaxtı endirilmiş hava zərbəsi nəticəsində azı 24 nəfər həlak olub.

Publika.az xəbər verir ki, Cina kəndinin mülki müdafiə səlahiyyətlisi Yəhya Cavad "Rusiyaya məxsus olduğunu təxmin etdiyimiz döyüş təyyarəsi Hələbin Etarib mahalı yaxınlarındakı Cina kəndində namaz zamanı məscidi bombalayıb" - deyə bildirib. Bombardman zamanı habelə onlarla adam yaralanıb.

Y. Cavad bildirib ki, mülki müdafiə qrupları kənd sakinləri ilə birlikdə hücuma məruz qalmış məscidin dağıntıları altında qalanları xilas etməyə çalışır. "Namaz zamanı məsciddə 200-300 adam olub" - deyə o bildirib. Bu səbəbdən də mülki müdafiə yetkilisi ölənlərin sayının artacağını istisna etməyib. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR