Arıqlamaq istəyənlər, bu qidaları yeyin

Artıq çəki bir çox insanın ən böyük problemlərindən biridir. Bu problemdən xilas olmaq istəyənlər müxtəlif idmanlarla məşğul olur, pəhriz saxlayırlar. Ancaq yeyərək arıqlamaq da mümkündür.

Metbuat.az məlumat verir ki, bu qidaları yeməklə həm düz qarına sahib olacaq, həm də qarın əzələlərinizi möhkəmləndirəcəksiniz.

Paxlakimilər

Paxlakimilərin tərkibində mədə turşusuna və həzm fermentlərinə qarşı güclü nişasta var. Faydalı bakteriyalar üçün qida mənbəyidir və liflə zəngindir.

Kəpəkli çörək

Kəpəkli çörək ağ çörəkdən 4 qat artıq lif, 3 qat artıq sink və 2 qat artıq dəmirlə zəngindir.

Qarpız

Şişkinliyin qarşısını alan ən faydalı məhsul qarpızdır. Onun tərkibində antioksidant xüsusiyyəti ilə seçilən bir çox maddə var, bu da yaşlanmağın qarşısını alır. Tərkibindəki kalium bədəndəki ödemi (şişkinlik) atmaqda faydalıdır.

Ənginar

Ənginarlar mədədəki şişkinliyin qarşısını alır və həzmi asanlaşdırır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR