x
Loading...
.

Almaniyanın rekordu Bakıda qırıla bilər

Almaniyanın rekordu Bakıda qırıla bilər
00:05 18 Mart 2017
173 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya milli komandasının rekordu Bakıda qırıla bilər. 

Milli.Az report.az-a istinadən bildirir ki, bunun üçün 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan hər iki görüşdə Bundestimin qapısına yola tapan Azərbaycan yığmasının martı 26-da Bakıda bu rəqiblə baş tutacaq növbəti oyunda da fərqlənməsi lazımdır.

Cari seçmə qrup mərhələsinə San Marino (8:0), Şimali İrandiya (2:0), Çexiya (3:0) və Norveç (3:0) kollektivləri üzərində qələbə ilə başlayan almanlar ümumilikdə 16 qol vurmaqla yanaşı, öz qapılarını toxunulmaz saxlamağı bacarıblar.

Lakin martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada Robert Prosineçkinin baş məşqçisi olduğu Azərbaycan millisi rəqibini məyus etməklə Bundestimə bu göstəricini yaxşılaşdırmasına imkan verməmiş olacaq.

Seçmə qrup mərhələsində yer aldığı C qrupunda keçirdiyi 4 oyundan 7 xal toplayan Azərbaycan yığması San Marino və Norveçi 1:0 hesabı ilə məğlub etdiyi halda, Şimali İrlandiyaya 4 cavabsız qolla uduzub.

Qeyd edək ki, 2012-ci il Avropa çempionatının seçmə mərhələsində də Almaniya yığması ilə eyni qrupda yer alan Azərbaycan milli komandası səfərdə 1:6, evdə isə 1:3 hesabı ilə uduzub. Həmin görüşlərdə müvafiq olaraq artıq heyətə dəvət almayan Vaqif Cavadovla Murad Hüseynov fərqləniblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR