Duz yeməklərdə istifadə yararından çox ev təmizləyicisi kim daha effektlidir. Sürtmə və tıxanıqları təmizləmədə, duz təbii təmizlik üçün super bir vasitədir. Duz həm təmizləyir, həm də infeksiyaları öldürür.
Adi süfrə duzu nələr edə biləcəyini izah edək. Heç bir çirkli iş üçün bahalı dəniz duzuna ehtiyac yoxdur. Evinizin hər yerində çətin təmizlik işləri üçün sərt kimyəvi təmizləyicilər yerinə duz istifadə edə biləcəyiniz yollardan bir neçəsinə nəzər salaq. Çünki kimyəvi təmizləmə həm bu isti havada tənəffüs üçün təhlükəlidir, həm də əllərlə təmasda dəriyə ziyanlıdır.
1. Tıxantıları açmaq üçün
Kimyəvi təmizləyicilər həm aldığınız havanı zəhərləyir həm də çox pul xərclədir. Ancaq duz daha səmərəli və daha əlverişli üsuldur. Tıxanan yerə 2 stəkan duz tökün üzərinə bir neçə stəkan qaynar su tökün və gözləyin.
2. Yağlı Tavaların Təmizliyi
Çirkli yağlı tavaları sürtmək xoşagəlməyən bir işdir. Ancaq duzla təmizlik etmək bu yapışqan maye yağları təmizləməyə köməkçi olaçaq. Görün necə:
Duzu tavanın üstünə serpiştirin, və bir neçə dəqiqə gözlədin.
Yağ təmizləmək üçün yüngül nəmli bir bez istifadə edin.
Lazım olsa daha çox duz əlavə edin.
3. Pas təmizləyici
Inatçı pası təmizləmək limon turşusu ilə duz gücünü birləşdirin. Pas təmizləmək üçün , 1/2 limon və süfrə duzu götürün.
Limonun yarısının üstünə duzu səpin.
Kiçik bir fırça kimi limon istifadə edin.
4. Mətbəxdəki qoxuları aradan qaldırmaq
Adətən mətbəx taxtaları, dəzgahlarından qoxu gəlir. Bunu da duzla aradan qaldıra bilərsiniz.
Duz iylənmiş səthə səpin, və bir neçə dəqiqə gözlədin.