Məşhurların öldükdən sonra çəkilmiş fotoları

Dünyadakı məşhur şəxslərin həyatı qədər, ölümü də cəmiyyət üçün müzakirə mövzusudur.

Metbuat.az ölümündən sonra fotoları çəkilən tanınmış şəxslərin siyahısnı təqdim edir:

Orxan / Metbuat.az


Merlin Monro


Ölümündən illər keçsə də, bu sarışın aktrisanın adı dillərdən düşmək bilmir. Təəssüf ki, Merilin ömrünün son illərində depressiya ilə mübarizədə qalib gələ bilməyib və o, 1962 -ci ildə intihar edib. Manronun müəmmalı ölümü haqqında bir neçə fərziyyələr var. Əsl həqiqəti isə heç kim bilmir.


Çe Qevara


Çe Qevara özünün Kubadakı fəaliyyəti ilə məşhurluq qazanıb, amma bununla yanaşı o, heç zaman kubalı olmayıb. Çe, Argentinada, zəngin ailədə dünyaya göz açıb. Bu adam Kuba hökumətini devirməyə yardım edib və Fidel Kastronun prezident olmasını dəstəkləyib. 1967-ci ildə Feliks Rodriges Mərkəzi Kəşfiyyat İdarəsinin tam səlahiyyətli müşaviri kimi batalyonun tərkibində Çe Qevaranın gizləndiyi Boliviyaya göndərilib. Onların vəzifəsi Ernesto Çe Qevaranın kommunist partizan dəstəsini yox etmək idi. 1967-ci il oktyabrın 8-də həmin dəstə dağıdılmış, Çe Qevara isə əsir götürülərək güllələnmişdi. Məşhur inqilabçının ölümü barədə müxtəlif versiyalar gəzir, bəziləri onun ölmədiyi iddia edirdi. Lakin mətbuata Çenin cansız bədəninin yayılmış fotoları onun bütün tərəfdarlarını məyus edir.


Ted Bandi


1970-ci illərdə Ted Bandi iblis ləqəbi ilə tanınırdı. Bu şəxs 30 nəfəri öldürdüyünü iddia edir, amma ekspertlər bu rəqəmin daha yüksək olduğunu deyib. 1989-ci ildə törədtdiyi əməllərə görə, elktrikli stula bərkidilərək ona dəhşətli ölüm cəzası tətbiq edilib. Ölümdən sonra çəkilmiş fotoları çox qorxuludur, çünki bu rəsmlərdə canlı görünür.


Malkom x


1950-ci ilin sonu və 1960-cı illərin əvvəllərində Amerikada irqçilik hərəkatına qarşı aktiv çıxış edib. O, 1965-ci ildə çıxış zamanı sui-qəsd edilərək öldürüb. Bu qara lider ekspertiza zamanı son dəfə ağzı açıq şəkildə görüntülənib.


Con Kennedi


XX əsrdə siyasət sahəsində Con Kennedi qədər məşhur şəxs yoxdur. 1960-cı illərin əvvəlində Kennedi çox az müddətdə Amerikanın prezidenti olub. Prezident 1963-cü ildə Texasda sui-qəsd nəticəsində vəfat edib. Son fotosunda prezident ekspertiza masasında gözləri və ağzı açıq vəziyyətdə dayanıb.


Maykl Cekson


Pop kralının mahnıları dünya miqyasında bir nömrə sayılırdı. Cekson 2009-cu ildə evində ölü tapılıb. Səhnələrdə möhtəşəm şou göstərən ulduzun son fotosu xərəkdə çəkilib.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR