Mühafizəkarlar partiyasının üzvlərindən olan keçmiş daxili işlər naziri Lord Maykl Hovard son açıqlamasında Böyük Britaniyanın Cəbbəlütariq uğrunda müharibə variantına gedə biləcəyini istisna etməyib.

Metbuat.az-ın məlumatına görə, çox keçmədən, Madriddə foruma qatılan ispan nazir Dastis Hovardın açıqlamasını dəyərləndirib:

"Həmişə soyuqqanlılığını qoruyan Birləşmiş Krallığın Cəbbəlütariq məsələsinə belə yanaşmasına təəccüblənirəm. Breksitin Avropa məsələsi olduğu hamıya bəllidir. Cəbbəlütariq isə bu məsələsinin manifestindən artıq bir şey deyil".

Dastis Krallıqdan ayrılmaq üçün ikinci dəfə referenduma getməyə hazırlaşan Şotlandiya ilə İspaniya daxilindəki Katalunya özərkliyi arasında heç bir bənzərliyin olmadığını bildirib.