Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində 102 həddi-büluğa çatmamış uşaq ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yayılan rəsmi məlumatda deyilir.
Ümumilikdə təbii fəlakət nəticəsində 314 nəfər həyatını itirib, 332 nəfər xəsarət alıb.
Məlumata görə, 127 nəfər itkin düşüb, onların arasında 3 əcnəbi - İspaniya, Almaniya və Ekvador vətəndaşları da var.
Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində