Neymar "Real"a qarşı oyunu buraxa bilər

Neymar "Real"a qarşı oyunu buraxa bilər
16:52 9 Aprel 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

"Barcelona"nın hücumçusu Neymar aprelin 23-də "Real"a qarşı oyunda komandasına kömək etməyə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Malaga" ilə oyunun 65-ci dəqiqəsində qırmızı vərəqə alan "sambaçı" matçın ehtiyat hakimini istehza əlaməti olaraq alqışlayıb. İntizam komitəsi Neymara cəza kəsməyi qərara alsa, braziliyalı forvard 2-3 oyun meydana çıxa bilməyəcək. "Barcelona"nı isə cəmi 1 turdan sonra "Santiago Bernabeu"da "El Clasico" gözləyir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR