Əflatun Amaşov QDİƏTPM-in Gürcüstandakı iclasında iştirak edəcək

Əflatun Amaşov QDİƏTPM-in Gürcüstandakı iclasında iştirak edəcək
17:47 9 Aprel 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclasında məruzə ilə çıxış edəcək.

Şuranın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, deputat iclasa qatılmaq üçün aprelin 10-dan 13-dək qonşu Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olacaq.

Ə.Amaşovun məruzəsi quruma üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı ilə bağlıdır.

Toplantıda habelə QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR