"Mənim gələcəyim haqqında başqasına sual verməlisiz"

"Mənim gələcəyim haqqında başqasına sual verməlisiz"
07:22 10 Aprel 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Atletiko" ilə Madrid derbisi sonrası fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəsis gələcəyi ilə bağlı sualın Florentino Perezə ünvanlanmalı olduğuna işarə vurub. O, "Atletiko"nun yaxşı oynamadığını da qeyd edib.

"Mənim gələcəyim haqqında başqasına sual verməlisiz. Məni yalnız komandanın hazırlığı maraqlandırır. "Atletiko" ilə görüşdə əla oynadıq. Biraz konsentrasiya çatışmadı. Rəqibin yaxşı oynadığını deyə bilmərəm. Matçın sonlarında özümüzü yaxşı tərəfdən göstərə bilmədik. Belə gedişdən çox məyus olduq. Amma "Bavariya" ilə oyun öncəsi sakitliyi qorumaq lazımdır. Komandanın problemi fiziki hazırlıqla bağlı deyil. Sadəcə daha etibarlı müdafiə olunmalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR