Gülay avtomobil qəzasında öldü

İstanbulun Zeytunburnu məhəlləsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Metbuat.az bildirir ki, idarəetməni itirən minik avtomobilinin sürücüsü onu yol kənarındakı maneəyə çırpıb. Zərbənin təsirindən avtomobil hərəkətdə olan digər avtomobillə də toqquşub. Avtomobildə olan 33 yaşlı Gülay Kahya yerindəcə ölüb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR