Şopinq Festivalında iştirak edən mağazaların siyahısı hər gün yenilənəcək

Şopinq Festivalında iştirak edən mağazaların siyahısı hər gün yenilənəcək
16:47 10 Aprel 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şopinq Festivalında iştirak edən mağazaların siyahısı hər gün yenilənəcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli.Az xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov festivalın rəsmi açılış mərasimi zamanı deyib.

Onun sözlərinə görə, festival zamanı əcnəbilər kimi Azərbaycan vətəndaşları da tax-free sistemindən istifadə edə biləcəklər. O, artıq bir neçə nəfərin sistemdən istifadə etdiyini də söyləyib.

V.Şıxəmmədov bildirib ki, artıq 110-a yaxın mağaza, 50-ə yaxın restoran və mehmanxana şəbəkəsi də bu festivala qoşulub: "Restoran və hotellər tax-free sisteminin deyil, sadəcə, festivalın iştirakçısı kimi layihəyə qoşulublar. Festival zamanı alış-veriş mərkəzlərində hansısa lotereyalar oynanılacaq. Həmin restoran və mehmanxanalar da bu imkanları təqdim edəcəklər".

Nazirlik rəsmisi əlavə edib ki, Vergilər Nazirliyi ilə birlikdə 7 alış-veriş mərkəzində xüsusi köşklər quraşdırılıb: "İnsanlar hər hansı mağazadan alış-veriş edən zaman həmin köşkə yaxınlaşaraq qəbzi təsdiq etdirə və elə həmin mərkəzdəki müvəkkil bankların birinə yaxınlaşaraq ƏDV-ni geri ala bilərlər".

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR