"Valensiya" Simone Zazanın transfer hüquqularına sahib çıxıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, rəsmi məbləğ açıqlanmasa da, bunun 15 milyon avro olduğu güman olunur. Zaza yanvardan "Valensiya"da icarə əsasında çıxış edirdi. "Yarasalar" onun icarəsinə görə "Yuventus"a 2 milyon avro ödəmişdi. Zazanın müqaviləsi iyulun 1-də rəsmən qüvvəyə minəcək və 2021-ci ilə kimi davam edəcək.
Milli.Az