Şəhidimizin ildönümü mərasimi keçirilib

Şəhidimizin ildönümü mərasimi keçirilib
20:09 11 Aprel 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

Ölkəmizin ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş Murad Telman oğlu Mirzəyevin Bakının Yasamal rayonunda il mərasimi keçirilib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəhrəmanın məzarı ziyarət edilərək qarşısına Müdafiə Nazirliyi, Yasamal rayon icra hakimiyyəti və xidmət etdiyi hərbi hissənin şəxsi heyəti adından əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib. Şəhid zabitin yaşadığı binanın qarşısında xatirə lövhəsinin təntənəli açılışı olub, ruhuna dualar oxunaraq ehsan verilib.

 

Milli Qəhrəmanın anım mərasimində Müdafiə Nazirliyinin, Yasamal və Sabirabad rayon icra hakimiyyətlərinin rəhbərliyi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Şəhidin atası Telman Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində  qəhrəmanın ailəsinin ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR