Almaniyada partlayış:

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində bu gün oynanılmalı olan "Borussiya" (Dortmund) - "Monako" matçı təxirə salınıb.

Metbuat.az-ın məlumatına görə, Dortmund klubunun avtobusunun dayandığı yerdə üç dəfə partlama səsi eşidilib. İnsident nəticəsində müdafiəçi Mark Bartra yaralanıb. İspan futbolçu artıq xəstəxanadadır.

"Borussiya" tərəfindən yayımlanan bildirişdə bombanın futbolçuları və texniki heyəti daşıyan avtobusun oteldən ayrılmasının ardından partladıldığı bildirilib.

Hazırda stadion ətrafında təhlükəsizlik təmin olunub.

Matç sabah saat 20:45-ə təxirə salınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR