Niyə Lənkəran yox, Naxçıvan? - Siz seçin - FOTO

Niyə Lənkəran yox, Naxçıvan? - Siz seçin - FOTO
11:37 12 Aprel 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Mayın 5-də baş tutacaq Azərbaycan kubokunun finalı Naxçıvan şəhər stadionunda keçiriləcək. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qarabağ" və "Qəbələ" arasında baş tutacaq oyunun Naxçıvan Muxtar Respublikasına salınması hər iki komandanın azarkeşləri tərəfindən narazılıqla qarşılanıb. 

Yol xərcini və ya xarici pasportun lazım olmasını əsas gətirən tərəfdarlar qarşılaşmanın yerinin dəyişdirilməsini istəyirlər. 
Komandaların fanatları matçın Lənkəran şəhər stadionunda keçirilməsini tələb ediblər. 

PFL prezidenti Ramin Musayev isə qarşılaşmanın yerinin dəyişdirilməyəcəyini bildirib. O, həmçinin qeyd edib ki, Lənkəran Şəhər Mərkəzi Stadionunun ot örtüyü Naxçıvandakı arena ilə müqayisədə çox bərbaddır.

Bunu nəzərə alaraq, hər iki stadionun görüntülərini sizə çatdırırıq:  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR