Nazarbayev latın əlifbasına keçilməsi ilə bağlı sərəncam imzaladı

Nazarbayev latın əlifbasına keçilməsi ilə bağlı sərəncam imzaladı
12:03 12 Aprel 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb.

Bu barədə Qazaxıstanın dövlət qəzeti olan “Eqemen Kazaxıstan” qəzetində məlumat yer alıb. Sərəncama əsasən 2017-ci ilin sonuna kimi latın qrafiki ilə vahid Qazaxıstan əlifbası standartı hazırlanmalıdır. O, yeni əlifbanın öyrənilməsi üzrə mütəxəssislərin 2018-ci ildən işə başlaması və orta təhsil müəssisələri üçün yeni əlifba ilə dərsliklərin hazırlanması barədə də göstəriş verib. Prezident bildirib ki, 2025-ci ildə Qazaxıstan artıq sənədləşməni, dövri nəşrləri və dərslikləri latın əlifbası ilə çıxarmalıdır.

Xatırladaq ki, 1929-1940-cı illərdə Qazaxıstan latın əlifbasından istifadə edib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR