Kamboca haqqında DƏHŞƏTLİ FAKTLAR: “Ölüm ağacı”, işgəncə sahəsi, qətl məktəbi... - FOTO

Kamboca haqqında DƏHŞƏTLİ FAKTLAR: “Ölüm ağacı”, işgəncə sahəsi, qətl məktəbi... - FOTO
12:48 12 Aprel 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Turistlər, adətən səyahət etdiyi ölkələrin tarixi abidələrini, baxımlı guşələrini görmək istəyərlər. Amma elə turistlər də var ki, onlar dünyanın ən qorxunc ölkələrinə gedir, oranın təhlükəli yerlərində olmaqla adrenalin yaşayırlar. Bu ölkələrdən biri də Kambocadır. İndiyədək müharibələr, soyqırımı, səfalət, epidemiya ilə yaddaqalan bu ölkəyə BMT və onun ulduz səfirləri dəfələrlə baş çəkib burdakı insanlarla maraqlanıblar. Hətta Hollivud ulduzu Anjelina Coli kambocalı bir uşağı övladlığa götürmüş və yaxın zamanlarda o ölkə haqqında film də çəkmişdi. Bəs Colidən başqa turistlər Kambocanın haralarında olmağı sevirlər?

Publika.az bu yerlərin siyahısın təqdim edir:

Pnompen şəhəri – bu şəhərdə təkcə qədim məbədlər deyil, həm də Tuel-Slenq məktəbi turistlərin diqqətini çəkir. Qırmızı Kxmerlər (radikal kommunistlər) bu məktəbdə 4 ilə 17 min adam öldürüblər. Məktəbdən yalnız 12 nəfər sağ çıxa bilmişdi. Bu günə qədər də məktəbin dağıntıları, qaralmış qan ləkələri olan divarları onu ruhlar məktəbinə çevirib.

1975-ci ildə Qırmızı Kxmerlər hakimiyyətlə mübarizədə qalib gələrək ölkənin şəhərlərində kütləvi qırğınlar törədiblər. Ümumilikdə bu illər ərzində ölkədə 3 miyon insan öldürülüb. Üstəlik, silah azlığından bu insanları ən vəhşi üsullarla, işgəncə verməklə öldürürdülər. Əsasən təsərrüfat alətləri, çəkic, boru, daş və s. qurbanları qətlə yetirirdilər. Öldürmədiklərini də qovublar. Onlar ölkəni aqrar təsərrüftla idarə etmək istəyirdilər. Ona görə də şəhərlərdə sakin çoxluğunun əleyhinə idilər. İnsanları ucqar kəndlərə əkin-biçinə göndərirdilər. Bu insanların çoxu isə aclıqdan ölürdü.

Turistlərin baş çəkdiyi ərazilərdən biri də şəhərin 17 km-də yerləşən “İçgəncə sahəsi”dir. Kxmerlər qurbanlarının çoxunu bura aparıb öldürürdülər. Burada məşhur “Ölüm ağacı” var ki, vaxtilə körpə kambocalıların başını bu ağacın gövdəsinə çırpıb öldürürdülər. Ən dəhşətlisi isə, körpələr öldürülərkən tamaşa edən insanlara, onların valideynlərinə qəhqəhə çəkməyə məcbur edirdilər. Hazırda isə Kamboca hökuməti turistlər sayəsində bu ərazidən xeyli gəlir əldə edib. Daha bir qorxunc fakt – keçmiş Qırmızı Kxmerlərdən bəziləri indiki hakimiyyətdə də yüksək vəzifələrdən tutur. Yəni, dünyanın diqqətini öz üzərində hiss etməsələr, tarix təkrarlana bilər...

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/194742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR