İzzət Bağırzadədən təhqir yazanlara REAKSİYA

İzzət Bağırzadədən təhqir yazanlara REAKSİYA
20:05 12 Aprel 2017
101 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist İzzət Bağırzadə sosial şəbəkədə ona xoşagəlməz fikirlər yazan dostlarından danışıb. Vaxtilə buna görə əsəbləşdiyini deyən müğənni artıq çarə tapıb.

Milli.Az bildirir ki, yeniçağ.az-a açıqlama verən sənətçi əvvəllər profilinin köməkçisi tərəfindən idarə olunduğunu da deyib:

"Əvvəllər profilimi köməkçim idarə edirdi, artıq-əskik sözlər çox yazılırdı, mən də əsəbiləşirdim. İndi artıq sosial şəbəkədə profilimə özüm nəzarət edirəm. İnsandır da, bir də görürsən kimsə nəsə yazır, amma mən ona baş qoşmuram, heç cavab da vermirəm. Çünki onlara baş qoşsam, gərək əsəblərim korlansın. Artıq-əskik sözlər yazan adamlara reaksiyam çox sakit şəkildə olur. Həmin adamları atıram "blok"a, ya da birdəfəlik silirəm. Yoxsa ki, oturum, əsəbləşim, kiminsə təhqirlərinə cavab yazım - artıq belə şeylər keçmişdə qaldı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/534429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR