Samsung Galaxy Note 8-in ilk fotolarıi yayıldı

Samsung Galaxy Note 8-in ilk fotolarıi yayıldı
09:05 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

İnternetdə sentyabrda "iPhone 8" ilə birlikdə satışa çıxarılacaq "Samsung Galaxy Note 8" smartfonunun ilk fotoşəkilləri təqdim olunub. Şəkillərdə xarici görünüşünə görə "Galaxy S8+" modelinə bənzəyən smartfonu görmək mümkündür. "Home" düyməsi ilə təchiz edilməyən qurğunun ekranı bütün ön səthi əhatə edir. Displey yan tərəflərə əyilib, ekran panelinin üstündə və altında yerləşən çərçivələrin ölçüsü daha da kiçildilib. Smartfonun yanında "S-Pen" elektron qələmi (stilus) yer alıb.

Milli.Az ICTnews-a  istinadən bildirir ki, martda internetdə eskiz və xüsusiyyətləri dərc olunan "Samsung Galaxy Note 8"-in "4K" təsvir ölçülü çərçivəsiz 6,4 düymlü ekran, yuxarı və aşağı hissədə iki səsgücləndirici ilə təchiz ediləcəyi bildirilib. Qurğunun aşağı tərəfində iki "USB-C" çıxışı, qulaqcıq üçün 3,5 mm-lik çıxış, eləcə də "S-Pen" qələmi üçün slot quraşdırılıb. Aparatın yuxarı hissəsində SİM kart və yaddaş kartı üçün çıxışın quraşdırılması gözlənilir.   

Qeyd edək ki, "Samsung" şirkəti öz-özünə alovlanmasına görə satışdan çıxarılan "Galaxy Note 7" smartfonlarının satışının bərpası ilə bağlı qərar qəbul edib. Bərpa olunan qurğu orijinal modeldə quraşdırılan 3500 milliamper/saat tutumlu batareya əvəzinə 3200 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/534141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR