Tramp dollardan danışdı - Dəyəri düşdü

Tramp dollardan danışdı - Dəyəri düşdü
14:17 13 Aprel 2017
278 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezindenti Donald Tramp dolların dəyərindən danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, lider "The Wall Street Journal"a müsahibəsində dollar mövzusuna toxunub. Bu valyutanın çox gücləndiyini deyən Tramp FED-in faiz dərəcəsini aşağı saxlayacağına ümid etdiyini bildirib. 

O, "Düşünürəm ki, dollar çox güclənir və bu, mənim günahımdır. Çünki insanlar mənə etibar edirlər. Amma bu, ziyandır, son nəticədə pis təsir göstərəcək" deyib. Daha sonra Tramp bildirib ki, dolların güclənməsinin müsbət cəhətləri var, amma əsas üstünlük, sadəcə, "güclü dollar" ifadəsinin yaxşı səslənməsidir.  

Prezindentin sözlərindən sonra Asiya bazarlarındakı valyutalarda ciddi dəyişiklik baş verib və dolların məzənnəsi enməyə başlayıb.

Analitiklər isə bunu müvəqqəti hesab edirlər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR